Nazir: “Bu il 50 mindən artıq müəllimin işə qəbul müsabiqəsində iştirakını gözləyirik”

Təhsil naziri Emin Əmrullayev

© APA | Təhsil naziri Emin Əmrullayev

# 08 may 2021 16:41 (UTC +04:00)

“Bu il 50 mindən artıq müəllimin işə qəbul müsabiqəsində iştirakını gözləyirik”.

APA-nın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, təxminən 7000-9000 şəxsin işlə təmin olunacağı gözlənilir.

Nazir deyib ki, müsabiqə keçirilməsində məqsəd ən bacarıqlı, istedadlı şəxsləri müəllim kimi görməkdir: “İmtahanların məzmunu bizi narahat edən məsələdir, yəqin ki, hissə-hissə növbəti illərdən dəyişəcək. İmtahanların çətinliyi nisbi məsələdir,çünki imtahan hamı üçündür. Gələcəkdə imtahanların hansı formada keçiriləcəyindən asılı olmayaraq, ümumiyyətlə, imtahan fəlsəfəsini düzgün bilməliyik”.

E. Əmrullayev bildirib ki, bu ildən, xüsusilə peşəyə ilk qəbul olan müəllimlərin əvvəl bölgələrdə, daha sonra şəhər məktəblərində iş yeri yaranarsa, həmin yerlərə gələrkən balların verilməsi məsələsi nəzərdə tutula bilər: “Uzunmüddətli məqsədlərdən danışanda, bu il işləyən müəllimlərin də müsabiqəyə qatılmasına qərar verdik. Çünki müəlim bir müddət arzulamadığı yerdə işləsə də, daha sonra imkan yaradılmalıdır ki, istədiyi yerdə işləyə bilsin. Əsas vakant yer məsələsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR