Sosial Xidmətlər Agentliyi beynəlxalq təşkilatın üzvlüyünə qəbul edilib

Sosial Xidmətlər Agentliyi beynəlxalq təşkilatın üzvlüyünə qəbul edilib
# 09 may 2021 12:31 (UTC +04:00)

Əlilliyi olan şəxslər üçün Avropa Xidmət Təminatçıları Assosiasiyasının Baş Assambleyasının online platformada iclası keçirilib.

Agentlikdən APA-ya verilən məlumata görə, iclasda səmərəli və keyfiyyətli sosial xidmət sistemləri vasitəsilə əlilliyi olan şəxslər üçün bərabər imkanların təmin olunması məsələləri, yeni layihələrin müzakirəsi aparılıb. Eyni zamanda Təşkilata üzv olmaq üçün təşkilat və qurumların müraciətlərinə baxılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi təşkilata tamhüquqlu üzvlüyə qəbul olunub.

Assosiasiya səmərəli və keyfiyyətli sosial xidmət sistemlərinin köməyi ilə əlilliyi olan şəxslər üçün bərabər imkanların təmin olunması məqsədinə xidmət edir. 35 ölkədən qurumların qatıldığı təşkilata üzv olmaq sosial xidmətlər sahəsində Avropanın ixtisaslaşmış mərkəzləri ilə birbaşa əlaqələrin yaradılması, tematik işçi qrupların tərkibində fəaliyyət, Avropada sosial xidmətlər üzrə tədqiqat və digər layihələrdə iştirak imkanları yaradır.
Yaxın vaxtlarda Assosiasiya ilə ən yaxşı təcrübələrin öyrənilməsi üçün silsilə görüşlərə başlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR