Xalq artisti Arif Quliyev dəfn olunub - YENİLƏNİB-1

Xalq artisti Arif Quliyev dəfn olunub - <span class="red_color">YENİLƏNİB-1
# 07 may 2021 13:33 (UTC +04:00)

Xalq artisti Arif Quliyev dəfn olunub.

APA-nın məlumatına görə o, Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Xalq artistinin dəfn mərasimində ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Xalq artisti koronavirusdan vəfat edib.

Allah rəhmət eləsin.

***

12.35

Xalq artisti Arif Quliyevlə vida mərasimi başa çatıb.

APA-nın məlumatına görə, o, saat 13:00-da Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, sənət yoldaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimi aktyorun yaşadığı binanın həyətində təşkil edilib.

***

10:38

Xalq artisti Arif Quliyevin cənazəsi evinə gətirilib.

APA-nın məlumatına görə, mərhumun yaşadığı binanın həyətində Xalq artisti ilə vida mərasimi keçirilir.

Vida mərasimində mərhumun ailə üzvləri, sənət yoldaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, koronavirusa yoluxan Arif Quliyev dünən müalicə olunduğu "Yeni klinika"da vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR