Tarkan Bakıya dörd günlük səfər edəcək

Tarkan Bakıya dörd günlük səfər edəcək
# 24 yanvar 2007 08:58 (UTC +04:00)
Türkiyənin meqa-starı Tarkan bu ilin sonunda Azərbaycanda konsert verəcək. Bunu APA-ya açıqlamasında konsertin təşkilatçısı Nahid Emiloğlu deyib. Onun sözlərinə görə, ötən ildən nəzərdə tutulan konsert proqramı bu il mütləq gerçəkləşəcək. Artıq Tarkanla müqavilə bağlanılıb və razılıq əldə olunub: “Tarkan diskinin üzərində işləri bitirdikdən sonra Azərbaycana səfər edəcək. Səfər dörd günlük nəzərdə tutulub. Bu müddət ərzində o, Heydər Əliyev adına Sarayda iki günlük canlı konsert verəcək”. N. Emiloğlunun sözlərinə görə, konsertdə sənətçi əsasən son albomunda yer alan musiqiləri ifa edəcək. Biletlərin qiymətinə gəlincə, hələ ki bu barədə açıqlama verilmir.
Qeyd edək ki, Tarkanın konserti ötən ilin sonu üçün nəzərdə tutulsa da, bəzi səbəblər üzündən gerçəkləşməyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR