Flora Kərimova yeni albom hazırlayır

Flora Kərimova yeni albom hazırlayır
# 02 may 2007 09:31 (UTC +04:00)
Xalq artisti Flora Kərimova yeni mahnılardan ibarət albom hazırlamaq fikrindədir. Bu barədə APA-ya məlumat verən sənətçi son zamanlar bir sıra bəstəkarlarla əməkdaşlıq etdiyini deyib. Albomun hazırlıq işlərinə nə zaman başlayacağını isə müğənni hələ müəyyənləşdirməyib. Sənətçi 20 gündən sonra “Sənə güvəndiyim dağlar” mahnısının klip çəkilişlərinə başlanılacağını qeyd edib. Ülviyyə Könülün rejissoru olacağı ekran əsəri iyunun əvvəlində ekranlara çıxacaq: “Klipin çəkilişləri barədə mənə heç bir məlumat verilməyib. Ancaq onu bilirəm ki, mən klipdə tam yeni formada və geyimdə olacağam. “Sənə güvəndiyim dağlar” üzümdə aparılan plastik cərahiyyə əməliyyatından sonra ilk klipim olacaq”. F. Kərimova hazırda “Azəri-star” yarışmasının iştirakçısı Pərvinlə bəstəkar Vüsalə İlyasovanın, bəstəkarlardan İmruzə, Sədaqət Rəşidqızı, Sevda Müstafyevanın yeni mahnılarını yazdırır. Mədəniyyət və Turizm Nazirliyindən Dövlət Simfonik Orkestrlə birgə konsert vermək təklifinin gəldiyini deyən sənətçi, hazırda layihə üzərində ciddi işlərin getdiyini deyib. F. Kərimova bildirib ki, konsert bu il həyata keçiriləcək və müğənni sevənləri qarşısında tam yeni görkəmdə çıxacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR