Nahid Emiloğlu türk və Azərbaycan müğənnilərinin birgə konsertlərini təşkil edir

Nahid Emiloğlu türk və Azərbaycan müğənnilərinin birgə konsertlərini təşkil edir
# 13 avqust 2007 12:04 (UTC +04:00)
Sentyabrın 1-də Yaşıl Teatrda Türkiyənin tanınmış müğənnisi Çelik gənc müğənni Yeganə ilə birgə konsert verəcək. Bu barədə APA-ya konsertin təşkilatçısı Nahid Emiloğlu məlumat verib. O bildirib ki, konsertdə Çeliklə Yeganə birgə duetlərini ifa edəcəklər. Sentyabrın 16-da isə N.Emiloğlunun təşkilatçılığı ilə əməkdar artist Baloğlan Əşrəfovun konserti keçiriləcək. Növbəti layihənin də Yaşıl Teatrda keçiriləcəyini vurğulayan təşkilatçı deyib ki, sentyabrın 19-da gerçəkləşəcək konsertdə Türkiyə sənətçisi Rafet El Roman Röya ilə birgə çıxış edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR