Turist axını səbəbindən Naxçıvanın otel və mehmanxanalarında boş yer yoxdur

Turist axını səbəbindən Naxçıvanın otel və mehmanxanalarında boş yer yoxdur
# 25 mart 2009 07:52 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA Naxçıvan Muxtar Respublikasına (MR) turist axını səbəbindən otel və mehmanxanalarda boş yer qalmayıb. APA-nın yerli bürosunun məlumatına görə, bayram tətili ilə əlaqədar, əksəriyyəti İran İslam Respublikasının (İİR) vətəndaşı olan azərbaycanlılardan ibarət qrupların bölgəyə səfərləri regionda fəaliyyət göstərən otellərdə bütün yerlərin tutulmasına səbəb olub.

Ən çox turist sıxlığı isə Naxçıvan şəhərindədir.

Analoji hal hər il mart ayının üçüncü ongünlüyündə müşahidə edilir və aprelin əvvəlinədək davam edir.

Qeyd edək ki, hazırda Naxçıvan MR-də 22 otel və mehmanxana fəaliyyət göstərir. Bunlardan 10-a yaxını Naxçıvan şəhərindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR