Gələn ildən beynəlxalq telekanallarda Azərbaycan turizm potensialını əks etdirən yeni reklam çarxı nümayiş olunacaq

Gələn ildən beynəlxalq telekanallarda Azərbaycan turizm potensialını əks etdirən yeni reklam çarxı nümayiş olunacaq
# 10 aprel 2009 10:10 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq telekanallarda nümayiş olunması məqsədi ilə Azərbaycanın turizm potensialını əks etdirən yeni reklam çarxının hazırlanması üçün danışıqlar aparır. Nazirlikdən APA-ya bildirilib ki, yeni reklamın bu ilin sonu, gələn ilin əvvəlindən nümayişinə başlanacaq. Yeni versiyanın hazırlanmasının xarici ölkə şirkətlərinə həvalə etmək nəzərdə tutulur. Hazırda CNN və “Euronews” telekanallarında Azərbaycanın turizm potensialına aid iki versiyada üç reklam çarxı nümayiş olunur. Hər iki reklam versiyasını Rusiyanın NTV televiziyasının “Şan Dizayn” studiyası hazırlayıb. 2005-ci ildən hazırlanan, 2006-cı ildən efirə verilməyə başlayan ilk versiyada Azərbaycan daha çox Şərq ölkəsi kimi tanınır. Beynəlxalq telekanallarda 2008-ci ilin əvvəlində nümayiş olunan yeni versiyada isə Azərbaycan Şərq ölkəsi olmaqla yanaşı, həm də müasir Avropa ölkəsi kimi təqdim edilir. Hazırda “Euronews” kanalında yeni reklam versiyasının 1, CNN kanalında isə ilk və yeni versiyanın 3 reklam çarxı nümayiş olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR