"Turizm – mədəniyyətlərarası dialoqu təmin edən amil kimi" adlı Tələbələrin I Beynəlxalq Bakı Konfransı keçiriləcək

"Turizm – mədəniyyətlərarası dialoqu təmin edən amil kimi" adlı Tələbələrin I Beynəlxalq Bakı Konfransı keçiriləcək
# 13 aprel 2009 12:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyinin cari ilin birinci yarım ili üçün təsdiq edilmiş iş planına əsasən aprelin 21-22-də "Turizm – mədəniyyətlərarası dialoqu təmin edən amil kimi" adlı Tələbələrin I Beynəlxalq Bakı Konfransı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qeyd olunan tədbiri Azərbaycanın turizm potensialının təbliği və təşviqi ilə yanaşı respublikada turizm təhsilinin inkişafı sahəsində görüləcək əhəmiyyətli tədbirlərdən biri kimi qiymətləndirmək olar. Belə ki, sözügedən konfransda respublikanın bir sıra ali məktəbləri ilə yanaşı Böyük Britaniya, Fransa, Rusiya, Gürcüstan və Qazaxıstan kimi ölkələrin tanınmış ali məktəbləri təmsil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR