Gürcüstanın turizm sektoru ötən il 2,7 mlrd. dollar itirib

Gürcüstanın turizm sektoru ötən il 2,7 mlrd. dollar itirib
# 19 yanvar 2021 17:19 (UTC +04:00)

Ötən il Gürcüstanın turizm gəlirləri 2019-cu illə müqayisədə 2,7 mlrd. ABŞ dolları və ya 83,4% azalaraq 541,7 mln. dollar təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında deyilir.

Bildirilir ki, 2019-cu ildə Gürcüstanın turizm gəlirləri 3,269 mlrd. dollar təşkil edib. Ötən il turizmdən ən çox gəlir yanvar ayında – 193,4 mln. dollar, ən az gəlir isə apreldə qeydə alınıb – 8,5 mln. dollar.

Qeyd edək ki, 2020-ci ildə Gürcüstana edilən beynəlxalq ziyarətlərin sayı da illik müqayisədə 82,7% azalaraq 1 557,8 mln. nəfər təşkil edib. 2019-cu ildə bu göstərici 9,024 mln. bərabər idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR