Azərbaycana səfər edən əcnəbilərin sayı 3,3 dəfə azalıb

Bakı

© APA | Bakı

# 25 may 2021 12:07 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 134 ölkəsindən 162,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Statsitika Komitəsinin açıqlamasında deyilir.

“Ölkəyə gələnlərin 32,7%-i Rusiya Federasiyası, 27,6%-i Türkiyə, 16,7%-i İran, 10,8%-i Gürcüstan, 2,5%-i Ukrayna, 1,1%-i Böyük Britaniya, 1%-i Belarus, hər birindən 0,7% olmaqla Qazaxıstan və Özbəkistan, hər birindən 0,6% olmaqla Türkmənistan və Almaniya, 0,5%-i İtaliya, 4,5%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 92,6%-ni kişilər, 7,4%-ni qadınlar təşkil edib”, - açıqlamada qeyd olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında Gürcüstandan gələnlərin sayı 8,6 dəfə, Türkmənistandan – 6,9 dəfə, Qazaxıstandan – 5,7 dəfə, Özbəkistandan – 3,8 dəfə, Rusiya Federasiyasından – 3,1 dəfə, Ukraynadan – 2,7 dəfə, Böyük Britaniyadan – 2,7 dəfə, Belarusdan – 1,8 dəfə, Türkiyədən – 1,5 dəfə, İrandan – 1,2 dəfə azalıb.

2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 2,5 dəfə azalaraq 27,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,1 dəfə azalaraq 63,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,6 dəfə azalaraq 5,9 min nəfər olub.

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,7 faizi dəmir yolu və avtomobil, 27,1 faizi hava, 3,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR