Azərbaycanda turizm bələdçilərinin milli sertifikatlaşdırılmasına başlanılır

Azərbaycanda turizm bələdçilərinin milli sertifikatlaşdırılmasına başlanılır
# 07 dekabr 2021 11:21 (UTC +04:00)

Azərbaycanda turizm bələdçilərinin ilk dəfə dövlət tərəfindən milli sertifikatlaşdırılması prosesinə başlanılır.

APA-nın məlumatına görə, Azərbaycan Turizm Bürosuna bununla bağlı sertifikasiya hüququ verilib.

Turizm bələdçilərinin sertifikatlaşdırılması orqanına sədrlik Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmidə həvalə edilib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, "Turizm haqqında" qanun layihəsində turizm bələdçilərinin sertifikatlaşdırılmasının hüquqi mexanizmləri öz əksini tapıb. Yeni qanuna əsasən yaradılacaq Turizm Reyestrində bələdçilərin də reyestri aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR