Azərbaycanda turizm layihələrinə qrant ayrılacaq

Azərbaycanda turizm layihələrinə qrant ayrılacaq
# 04 oktyabr 2021 13:34 (UTC +04:00)

Azərbaycanda turizm layihələrinə qrant ayrılması təklif olunur.

APA-nın məlumatına görə, Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil edilən “Turizm haqqında” qanun layihəsinin ilkin versiyasında qeyd edilib ki, ölkədə turizm sənayesinin inkişaf etdirilməsi və mövcud turizm resurslarından adekvat şəkildə istifadə edilməsi məqsədilə həyata keçirilən turizm layihələrinin qrantlar vasitəsilə maliyyələşdirilməsi böyük əhəmiyyətə malikdir. Belə ki, turizm iqtisadiyyatın bütün sahələri ilə qarşılıqlı əlaqədə olduğundan onun inkişafında iştirak edən maraqlı tərəflərin sayı da çoxdur. Turizmlə birbaşa və dolayı yolla əlaqəli olan maraqlı tərəflərin (hotel, restoran, nəqliyyat xidmətləri, bələdçi xidməti, turizm təlim və tədris qurumları, yerli əhali, turizmlə bağlı QHT-lər və s.) dəstəklənməsi və inkişafı ümumilikdə turizmin inkişafına şərait yaradır ki, bu da öz növbəsində çevik addımların atılmasını tələb edir. Bəzi hallarda, turizm sənayesi ilə əlaqəli olan tərəflərin maliyyə resurslarının məhdud olması regional və ya sahəvi turizmin inkişafı və məsələlərin çevik həlli ilə bağlı layihələrin reallaşmasına mane olur. Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin qaldırılması, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması, turizmdə maarifləndirmənin genişləndirilməsi və turizm sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılmasına təkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR