Azərbaycandan Gürcüstana avqustda səfər edənlərin sayı açıqlanıb

Tbilisi

© APA | Tbilisi

# 07 sentyabr 2021 15:43 (UTC +04:00)

Bu ilin avqust ayında Azərbaycandan Gürcüstana 11 181 nəfər səfər edib. “APA-Economics” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Turizm Administrasiyasının hazırladığı hesabatda bildirilir.

Qeyd olunur ki, bu göstərici üzrə Azərbaycan ilk 10 ölkə sırasında 9-cu yerdə qərarlaşıb. Avqustda Gürcüstana ən çox səfər edənlər Rusiya (39 909), Türkiyə (34 847) və Ukraynadan (29 372) olub.

Ümumilikdə, hesabat ayında Gürcüstana 266 544 beynəlxalq səfər edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 510,5% çoxdur. Beynəlxalq səfərlərin 107 156-sı quru, 156 101-i hava, 596-sı dəniz və 2 691-i dəmiryol nəqliyyatı ilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR