"Boeing" beynəlxalq aviadaşımaların 2022-ci ildən sonra bərpa olunacağını gözləyir

"Boeing" beynəlxalq aviadaşımaların 2022-ci ildən sonra bərpa olunacağını gözləyir
# 15 sentyabr 2021 12:07 (UTC +04:00)

ABŞ-ın "Boeing" aerokosmik konserni mülki və hərbi sahələrdə, habelə ticarət və yük aviadaşımalarında aerokosmik bazarın inkişafına dair proqnozunu dərc edib. Ümumiyyətlə, şirkət qlobal bazarın 2020-ci ildə gözlədiyi kimi artıq canlanmağa başladığını qeyd edir.

"APA-Economics"in sözügedən hesabata istinadən verdiyi məlumata görə, bərpa prosesinin əsas drayveri daxili hava səyahətlərinə olan tələbatdır. Məhdudiyyətlər asanlaşdıqca regionlararası daşımalara da tələbat artacaq, daha sonra isə uzun məsafəli daşımalar da bərpa olacaq və 2023-2024-cü illər arasında pandemiyadan əvvəlki səviyyəyə çatacaq.

"Sənayemiz bərpa olduqca və yeni şərtlərə uyğunlaşmağa davam etdikcə, aerokosmik bazarının uzunmüddətli artımına inanırıq", - deyə "Boeing"in baş strateji direktoru Mark Allen bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR