Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 42%-dən çox azalıb

Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 42%-dən çox azalıb
# 19 may 2020 12:37 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 42,3% azalaraq 944,7 min nəfər olub.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, ölkə vətəndaşlarının 33,8%-i İrana, 29,8%-i Gürcüstana, 20,4%-i Rusiyaya, 9,7%-i Türkiyəyə, 6,3%-i isə digər ölkələrə səfər edib. Gedənlərin 68,9%-ni kişilər, 31,1%-ni isə qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 50,3%, Türkiyəyə gedənlərin sayı 42,4%, Gürcüstana gedənlərin sayı 36,8%, Rusiyaya gedənlərin sayı isə 35,6% azalıb.

Hesabat dövründə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,4%-i dəmir yolu və avtomobil, 16,3%-i hava, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR