"Yay turizminə hazırlaşırıq. Amma əlbəttə ki, hər şey epidemioloji vəziyyətdən asılı olacaq".
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. Onun sözlərinə görə, yay turizmi ilə bağlı xüsusi proqram hazırlanacaq, bu, təbliğat proqramı olacaq.