Avropa Şurasının Azərbaycandakı ofisi jurnalistlər üçün “Avropa Şurası: demokratiya, insan haqları və qanunun aliliyi” mövzusunda müsabiqə elan edir

Avropa Şurasının Azərbaycandakı ofisi jurnalistlər üçün “Avropa Şurası: demokratiya, insan haqları və qanunun aliliyi” mövzusunda müsabiqə elan edir
# 10 aprel 2007 16:22 (UTC +04:00)
Avropa Şurasının Azərbaycandakı ofisi jurnalistlər üçün “Avropa Şurası: demokratiya, insan haqları və qanunun aliliyi” mövzusunda müsabiqə elan edir. Avropa Şurasının Azərbaycandakı ofisindən APA-ya verilən məlumata görə, müsabiqəyə bu ilin aprelin 10-dan iyunun 10-dək respublika miqyasında populyarlıq qazanmış media qurumlarında (qəzet, jurnal, İnternet və ya tele-radio) çap olunmuş və ya yayımlanmış materiallar təqdim oluna bilər. Müsabiqədə iştirak etmək istəyənlər iyunun 11-dən gec olmayaraq materiallarını ofisə təqdim etməlidirlər. Hər bir iştirakçı ən çox üç çap materialı, üç tele-radio xəbər reportajı və ya bir sənədli filmlə müsabiqəyə qatıla bilər. Müsabiqəyə təqdim olunan bütün materiallar ən azı 3800 işarə (çap və İnternet materialları üçün), 1-2 dəqiqə (televiziya və radio xəbər reportajları üçün) və 10-20 dəqiqə (sənədli filmlər üçün) həcmində olmalıdır. Müsabiqədə iştirak etmək istəyən hər bir kəs aktiv jurnalistika ilə məşğul olmalı və ən azı 1 il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdır. Münsiflər heyəti müsabiqəyə təqdim olunan materialları Avropa Şurasının məqsədlərini, dəyər və prinsiplərini təbliğ və izah etməsi baxımından qiymətləndirəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR