Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Tiflisin müharibə veteranlarını Qələbə günü münasibətilə təbrik edib

Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Tiflisin müharibə veteranlarını Qələbə günü münasibətilə təbrik edib
# 09 may 2007 11:52 (UTC +04:00)
Bu gün Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Tiflisin Vake parkında müharibə veteranlarını Qələbə günü münasibətilə təbrik edib və parkdakı naməlum əsgərin məzarına əklil qoyub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, N. Əliyev bu günün xüsusi əhəmiyyətini vurğulayıb: “Əsas odur ki, biz sülh şəraitində yaşayaq”. Naməlum əsgərin məzarına Gürcüstan parlamentinin spikeri Nino Burcanadze, həmçinin digər ölkələrin Gürcüstandakı səfirləri də əklil qoyublar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR