Türkiyənin Azərbaycandakı səfirliyi Cümhuriyyət bayramı münasibətilə tədbirlər keçirəcək

Türkiyənin Azərbaycandakı səfirliyi  Cümhuriyyət bayramı münasibətilə tədbirlər keçirəcək
# 25 oktyabr 2007 10:13 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfirliyi 29 oktyabr Cümhuriyyət bayramı münasibətilə bir sıra tədbirlər keçirəcək. Səfirlikdən APA-ya verilən məlumata görə, oktyabrın 27-də “Azersun Holding”in konfrans salonunda “Türk sancağı” adlı tamaşa nümayiş etdiriləcək. Oktyabrın 29-dakı tədbirlər isə saat 11-də Şəhidlər Xiyabanındakı mərasimlə başlayacaq. Saat 12.00-da Dövlət Musiqili Komediya Teatrında Azərbaycandakı türk məktəblərinin şagirdlərinin iştirakı ilə bayram tədbiri olacaq. Saat 19.30-da isə “Gülüstan” sarayında rəsmi mərasim keçiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR