Ombudsman Polşanın Azərbaycandakı səfirini qəbul edib

Ombudsman Polşanın Azərbaycandakı səfirini qəbul edib
# 27 oktyabr 2007 12:39 (UTC +04:00)
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Polşanın ölkəmizdəki səfiri Kşıştov Krayevskini qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Müvəkkil səfirə insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlər barədə məlumat verərək İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq olunması və s. işlər barədə danışıb.
Öz növbəsində diplomat E. Süleymanovaya Polşa Ombudsmanının dəstəyini çatdıraraq onu bu il dekabrın 10-da Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Varşavada keçiriləcək tədbirə dəvət edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR