Yaponiyanın Azərbaycandakı yeni səfiri bu gün Bakıya gəlib

Yaponiyanın Azərbaycandakı yeni səfiri bu gün Bakıya gəlib
# 21 noyabr 2007 15:19 (UTC +04:00)
Yaponiyanın Azərbaycandakı yeni səfiri Masamitsu Oiki bu gün Bakıya gəlib. O, prezident İlham Əliyevə etimadnaməsini təqdim edəndən sonra rəsmən səlahiyyətlərinin icrasına başlayacaq. APA-nın məlumatına görə, M. Oiki bundan əvvəl ölkəsinin KÜveytdəki səfiri olub, ixtisasca şərqşünasdır.
Qeyd edək ki, 2004-cü ilin dekabrından Yaponiyanın Azərbaycanda səfiri vəzifəsində çalışmış Tadahiro Abe ölkəsinin Xarici İşlər Nazirliyində yÜksək vəzifəyə təyinat alıb. O, Bakını noyabrın 9-da tərk edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR