Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupu həmsədrləri ilə bu günə nəzərdə tutulan görüşü təxirə salınıb

Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupu həmsədrləri ilə bu günə nəzərdə tutulan görüşü təxirə salınıb
# 28 noyabr 2007 16:38 (UTC +04:00)
Bu səbəbdən qeyd olunan görüş sabah keçiriləcək. Sabah xarici işlər naziri Elmar Məmmədyarovun həmçinin ATƏT-in baş katibi Mark Perrin Brişambo və İspaniya, Çexiya və Finlandiyadan olan həmkarları ilə ikitərəfli görüşləri nəzərdən tutulur. Bundan başqa XİN başçısı günün ikinci yarısında GUAM xarici işlər nazirlərinin görüşündə iştirak edəcək, bu görüşdə Elmar Məmmədyarovun çıxışı nəzərdə tutulur. Bu gün nə Elmar Məmmədyarov, nə də Ermənistanın xarici işlər naziri Vardan Oskanyan Madriddə heç bir rəsmi görüş keçirməyiblər. Bundan başqa diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, Madriddə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında planlaşdırılan görüş baş tutmayacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR