Azərbaycanın xarici ölkələrdəki səfirləri üçün kurslar təşkil olunacaq

Azərbaycanın xarici ölkələrdəki səfirləri üçün kurslar təşkil olunacaq
# 29 yanvar 2008 16:08 (UTC +04:00)
Diplomatiya Akademiyasında yeni tədris planı hazırlanır. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini, Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev məlumat verib. Rektor deyib ki, fevralda diplomatlar üçün kurslara başlanacaq. Bu milin yayında isə Azərbaycanın xarici ölkələrdəki səfirləri üçün kurslar təşkil olunacaq. H. Paşayev həmçinin, Milli Məclisdə diplomatların əmək haqlarının az olması barədə səslənən fikirlərin düzgün olduğunu deyib. Onun sözlərinə görə, diplomatların maaşlarının artırılmasına ehtiyac var. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR