AŞPA məruzəçisi Ermənistandakı növbədənkənar parlament seçkilərini tənqid edib

AŞPA məruzəçisi Ermənistandakı növbədənkənar parlament seçkilərini tənqid edib
# 27 sentyabr 2021 14:44 (UTC +04:00)

AŞPA məruzəçisi Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərini tənqid edib.

"Ermənistandakı növbədənkənar parlament seçkiləri zamanı biz zəhərli siyasi iqlimin və qütbləşmələrin şahidi olduq. Bunun əsas səbəbi də

Ermənistanın Dağlıq Qarabağda Azərbaycana məğlub olması idi. Müxalif partiya hökuməti çox şiddətlə tənqid edirdi. Biz tez-tez nifrət sözlərinin şahidi olurduq".

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu sözləri AŞPA-nın Ermənistandakı növbədənkənar parlament seçkilərini izləyən məruzəçisi Corc Katruqalos deyib.

O məruzədə qeyd edib ki, AŞPA-nın nümayəndə heyəti rəqiblər arasındakı aqressiv danışıq və ittihamların, yüksək qütbləşmənin vəziyyəti pisləşdirdiyi ilə bağlı narahatlığını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR