Avropa Şurasının baş qərargahı Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Avropa Şurasının baş qərargahı Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

© APA | Avropa Şurasının baş qərargahı Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

# 29 may 2021 13:00 (UTC +04:00)

Fransanın Strasburq şəhərində yerləşən Avropa Şurasının baş qərargahı 28 May-Respublika Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, Strasburqda yaşayan Azərbaycan icmasının üzvləri mərasimi canlı izləmək məqsədilə baş qərargahın qarşısında toplaşıb və böyük həvəslə izləyiblər.

Qeyd edək ki, azərbaycanlılarla yanaşı, mərasimə Fransadan olan gənclər də qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR