Avstriyalı nazir: "Dağlıq Qarabağ müharibəsinin yaraları hələ də açıqdır"

Avstriyalı nazir: "Dağlıq Qarabağ müharibəsinin yaraları hələ də açıqdır"
# 26 iyun 2021 17:36 (UTC +04:00)

“Saxlanılanların Azərbaycan tərəfindən azadlığa buraxılması və Ermənistanın minalanmış Azərbaycan ərazilərinin xəritələrinin qaytarılmasına dair razılaşmanın əldə edilməsində Gürcüstan Baş nazirinin oynadığı vacib rolu alqışlayırıq”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Tbilisidə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, regionun etimada böyük ehtiyacı var: "Biz bilirik ki, Dağlıq Qarabağ müharibəsinin yaraları hələ də açıqdır və sağalmağa ehtiyacı var. Avropa İttifaqı bunu üçün mümkün olan hər şeyi etməyə hazırdır. Bu baxımdan üçtərəfli əməkdaşlıq əlaqələri bütün tərəflər üçün faydalıdır və Aİ bunu gələcəkdə də dəstəkləyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR