Azərbaycanla Ermənistan arasında yeni sənəd imzalana bilər - VİDEO

Azərbaycanla Ermənistan arasında yeni sənəd imzalana bilər - VİDEO
# 20 may 2021 11:42 (UTC +04:00)

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanla yeni sənədin imzalana biləcəyini deyib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, N. Paşinyan bu barədə hökumətin bugünkü iclasında bildirib.

N. Paşinyanın sözlərinə görə, Azərbaycan razı olacağı təqdirdə, o, həmin sənədi imzalayacaq.

N. Paşinyan sənədin mətnini açıqlamayıb, əlavə edib ki, danışıqlar hələlik davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR