BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi: “Qlobal istiləşmə hazırda dünya üçün ciddi problemdir”

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva

© APA | BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva

# 22 oktyabr 2021 11:57 (UTC +04:00)

“Paris Müqaviləsinin hədəflərinə nail olmaq üçün daha qətiyyətli addımlar atmalı və daha ambisiyalı vədlər verməliyik”.

APA-nın xəbərinə görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Qlazqoda keçiriləcək BMT-nin Beynəıxıaq İqlim Konfransına (COP26) həsr olunmuş BMT Günü tədbirində çıxışında deyib.

BMT rəsmisi vurğulayıb ki, bütün ölkələr 2030-cu il hədəflərinə çatmaq üçün önəmli töhfələr verməyə çalışmalı və bu istiqamətdə irəli doğru hərəkət etməlidir.

Onun sözlərinə görə, son 30 ildə BMT iqlim dəyişikliyi ilə bağlı keçirilən konfranslara bütün ölkələri dəvət edərək vəziyyəti müzakirə edir. "Tezliklə Qlazqoda da dünya liderləri iqlim dəyişikliyi ilə mübarizəni müzakirə etməyə və bu istiqamətdə görüləcək tədbirlər barədə razılaşmaq üçün toplaşacaqlar".

V.Andreeva deyib ki, Paris Müqaviləsi ölkələrin iqlim dəyişikliyi ilə mübarizə sahəsində milli planın qəbulunu tələb edir və hər beş ildən bir bu planda göstərilən öhdəliklərin yerinnə yetirilərək hesabat verilməsinini təbliğ edir.

O bildirib ki, qlobal istiləşmə hazırda dünya üçün ciddi problemdir: "BMT emisiyaların azaldılması üçün 100 milyard dollar ayırır, lakin bizim əlavə investisyaya ehtiyacımız var. BMT-nin Baş katibinin də vurğuladığı kimi, bu hədəflərə tam nail olmaqdan uzağıq və bu istiqamətdə çalışmalıyıq.

Yalnız vədlər kifayət deyil deyil, biz hərəkətə keçməliyik. Azərbaycan hökumətinin beynəlxalq öhdəlikləri yerinə yetirməsi istiqamətində gördüyü işlər təqdirəlayiqdir”.

V.Andreeva deyib ki, iqlim dəyişikliyinin nəticələrindən Azərbaycan da təsirlənir, bu, xüsüsilə su sektoruna aiddir.

"Ətraf mühitin qorunması BMT-nin əməkdaşlığında prioritetdir. Bu istiqamətdə biz həm Azərbaycan hökuməti, həm də vətəndaş cəmiyyəti, gənclərlə işləyirik”.

Onun sözlərinə görə, COVID-19 pandemiyası xalqlar arasında ümumi razılaşmanın, əməkdaşlığın vacibliyini bir daha sübut edib: “COP26 konfransı da bir imkandır ki, biz təcili addımları müzakirə edək. İqlim dəyişikliyi ilə mübarizədə hər birimizin oynayacağı rolu var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR