Ceyhun Bayramov BMT BA-nın 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edib

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 20 sentyabr 2021 10:13 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka səfər edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva "Twitter"də bildirib.

Onun sözlərinə görə, səfərin məqsədi BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasında iştirak etməkdir.

“Xarici işlər naziri sessiya çərçivəsində müxtəlif toplantılarda iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək", - deyə XİN sözçüsü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR