Ceyhun Bayramov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

Mohamed Abdirizak və Ceyhun Bayramov

© APA | Mohamed Abdirizak və Ceyhun Bayramov

# 18 iyun 2021 19:25 (UTC +04:00)

Bu gün Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Somali Federal Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohamed Abdirizak ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov qarşı tərəfə 44 günlük Vətən Müharibəsindən sonra bölgədə mövcud olan vəziyyət ilə bağlı ətraflı məlumat verib.

Bu xüsusda, nazir qarşı tərəfə cari ilin 13 iyun tarixində Somali Federativ Respublikasının Azərbaycan Respublikasında akkreditə olunmuş qeyri-rezident səfiri Cama Abdullahi Mohamedinin Azərbaycan səfəri çərçivəsində azad edilmiş Ağdam rayonuna etdiyi səfərinə toxunaraq onun şəxsən Ermənistanın törətdiyi dağıntıların miqyasının şahidi olduğunu qeyd edib.

Nazir Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə Somalinin hər zaman dəstək olduğunu vurğulayıb.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib, habelə iki ölkə arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR