Emoməli Rəhmon Əfqanıstanın Tacikistanla həmsərhəd əyalətlərində vəziyyət barədə Azərbaycan Prezidentini məlumatlandırıb

Emoməli Rəhmon, İlham Əliyev

© APA | Emoməli Rəhmon, İlham Əliyev

# 12 iyul 2021 13:29 (UTC +04:00)

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında bu gün baş tutmuş telefon danışığında tərəflər Əfqanıstanda hazırkı hərbi-siyasi vəziyyətə xüsusi diqqət ayırıblar.

APA-nın xəbərinə görə, bununla əlaqədar, Emoməli Rəhmon Əfqanıstanın Tacikistanla həmsərhəd əyalətlərində yaranan həyəcanlı vəziyyət barədə Azərbaycan Prezidentini ətraflı məlumatlandıraraq, MDB-nin cənub sərhədlərində vəziyyətin kəskinləşməsinə görə ciddi narahatlıq ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR