Leyla Abdullayeva: "Sərhəd boyu gərginliyin artmasına görə bütün məsuliyyəti Ermənistan daşıyır"

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva

© APA | XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva

# 28 iyul 2021 10:07 (UTC +04:00)

"Azərbaycan-Ermənistan sərhədi boyu gərginliyin artmasına görə bütün məsuliyyəti Ermənistan daşıyır".

APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Twitter"də bildirib.

"Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər hissəsində Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub. 2 Azərbaycan hərbçisi yaralanıb. İki dövlətin dövlət sərhədi boyu gərginliyin artmasına görə bütün məsuliyyəti Ermənistan daşıyır!", -deyə Azərbaycan XİN sözçüsü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR