Markov: “Kommunikasiyalarla bağlı razılığa gələ bilməmək Ermənistanı yenə ciddi məğlubiyyətə düçar edə bilər” - VİDEO - YENİLƏNİB

Markov: “Kommunikasiyalarla bağlı razılığa gələ bilməmək Ermənistanı yenə ciddi məğlubiyyətə düçar edə bilər” - <span class="red_color">VİDEO</span> - <span class="red_color">YENİLƏNİB</span>

© APA | Sergey Markov

# 08 iyun 2021 11:49 (UTC +04:00)

“Dinc insanların, xüsusi ilə də jurnalistlərin həlak olması dəhşətlidir. Bu faciədə günahkar indiyə kimi minalanmış ərazilərin xəritələrini təqdim etməyən erməni tərəfidir”. 

Bunu APA-nın Moskva müxbirinə Rusiya Siyasi Tədqiqatların İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov Kəlbəcərdə azərbaycanlı jurnalistlərin minaya düşərək həlak olmasına münasibət bildirərkən deyib. 

“Ermənilər ərazilərdən çıxan zaman total minalanma aparıblarsa, bu, 10 noyabr bəyanatının kobud sürətdə pozulmasıdır” 

Politoloqun sözlərinə görə, Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsinin iki versiyası var: “Birinci versiya ondan ibarətdir ki, bu xəritələr mövcuddur, lakin ermənilər onu təqdim etmirlər. Ona görə ki, bununla alver edirlər. İkinci versiya isə odur ki, minalanmış ərazilərin xəritəsi mövcud deyil. Çünki ermənilər bu ərazilərdən gedən zaman total şəkildə minalanma aparıblar. Əgər onlar ərazilərdən çıxan zaman total şəkildə minalanma aparıblarsa, o zaman bu, barbarlıqdır və 10 noyabr 2020-ci il tarixli bəyanatının kobud sürətdə pozulmasıdır”.

“Bu məsələ BMT Təhlükəsizlik Şurası səviyyəsində qaldırılmalıdır”

S. Markov Azərbaycanın Ermənistan tərəfinin 10 noyabr bəyanatını sistemli şəkildə pozması və nəticədə mülki şəxslərin, jurnalistlərin və əsgərlərin həlak olması ilə bağlı məsələni sərt şəkildə qaldırmaq hüququna sahib olduğunu vurğulayıb: “Bu məsələni BMT Təhlükəsizlik Şurası (TŞ) səviyyəsində qaldırmaq lazımdır. Lakin bunun üçün BMT TŞ 10 noyabr 2020-ci il bəyanatını dəstəkləməlidir. Təəssüflər olsun ki, burada ciddi problemi Ermənistanın mövqeyini müdafiə edən Fransa yaradır”. 

“Qarabağın minalardan təmizlənməsi təkcə Azərbaycanın işi olmamalıdır” 

Rusiyalı ekspert BMT-nin minalanmış ərazilərin təmizlənməsinə böyük diqqət ayırdığını xüsusi ilə qeyd edib: "Dünyada xüsusi ilə piyada əleyhinə minalardan çoxlu sayda insan həlak olur. Ona görə də BMT-də minalardan təmizlənmədə yardımla bağlı böyük infrastruktur yaradılıb. Hesab edirəm ki, Qarabağın minalardan təmizlənməsi təkcə Azərbaycanın işi olmamalıdır, bütün bəşəriyyət buna qoşulmalıdır”. 

“Razılığa gələ bilməmək Ermənistanı növbəti fəlakətə düçar edəcək” 

S. Markov regionda iqtisadi əməkdaşlığın bərpa edilməsi ilə bağlı yaradılan üçtərəfli işçi qrupunun fəaliyyətindən də danışıb: “İqtisadi əməkdaşlıqla bağlı üçtərəfli işçi qrupunun fəaliyyəti Ermənistan tərəfinin günahı ucbatından dayandırılıb. Ermənistan əsas məqsədin kommunikasiyaların açılması olduğu vaxt əlavə tələblərlə çıxış edir. Zəngəzur dəhlizi böyük həcmdə layihələr üçün arteriya ola bilər. Lakin Ermənistanın xırda məsələlər üzərində bazarlıq etməsi, danışıqların inkişafını və əldə olunmuş razılıqların həyata keçirilməsini bloklaması ilə bağlı mövqeyi artıq bir dəfə Ermənistanı fəlakətə sürükləyib. İkinci Qarabağ müharibəsi böyük ölçüdə Ermənistanın məhz razılığa gələ bilmək bacarığının olmamasının nəticəsi idi. Hər cür xırdalıqlarla bağlı bazarlıq edirdilər və bütün bunlar müharibəyə gətirib çıxardı. Nəqliyyat kommunikasiyaları ilə bağlı razılığa gələ bilməmək Ermənistanı yenə ciddi məğlubiyyətə düçar edə bilər. Ermənistan əhalisi Azərbaycanla normal iqtisadi münasibətlərin qurulmasına səy göstərir. Mən erməni həmkarlarımla söhbət etmişəm. Onlar Bakıya səyahət edə biləcəkləri vaxtı xəyal edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR