Moldovanın keçmiş Baş naziri: “Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar meydana çıxacaq”

Kirill Qaburiç

© APA | Kirill Qaburiç

# 05 noyabr 2021 13:43 (UTC +04:00)

“Çox şadam ki, ölkəmizdə seçilən yeni hökumətin strukturları - parlament, hökumət və prezident arasında yaxşı əməkdaşlıq mövcuddur”.

Bunu APA-ya açıqlamasında Moldovanın keçmiş Baş naziri Kirill Qaburiç deyib.

O, bu əməkdaşlığın ölkədə konstruktiv inkişafa təkan verəcəyinə inandığını qeyd edib: “Bilirəm ki, hazırda müəyyən çətinliklər var. Əminəm ki, hökumətimiz bunun öhdəsindən gələcək. Dayanıqlı və uğurlu inkişaf ölkəmizin önündədir, biz iqtisadi böyümənin şahidi olacağıq, həmçinin xarici ölkələrlə uğurlu əməkdaşlıq qurulacaq. Əminəm ki, hökumətin siyahısında Qafqazla, xüsusilə Azərbaycanla əlaqələr də prioritet olacaq. Azərbaycanın Moldovadakı səfiri hökumətimizlə daim əlaqədədir və əminəm ki, əməkdaşlıq üçün yeni imkanlar meydana çıxacaq”.

Moldovadakı enerji böhranı ilə bağlı sualı cavablandıran keçmiş Baş nazir bildirib ki, enerji resurslarının diverfikasiyası hökumət üçün hər zaman prioritet olub: "Biz qaz ötürülməsi üçün kəmər inşa etmişik ki, bu kəmər Moldovanı Avropaya birləşdirəcək və mən bilirəm ki, Azərbaycan qazı Avropadadır. Nə zaman ki, bu qaz kəməri tam işlək vəziyyətə gələcək, o zaman biz açıq bazara çıxa biləcəyik və bazardakı müxtəlif oyunçularla əməkdaşlıq edə biləcəyik, satıcılarla imkanları müzakirə etmək imkanı qazanacağıq. Həmçinin enerji sahəsində də oxşar layihələrimiz var. Biz Rumıniyanın enerji sisteminə qoşulmaq üçün layihə üzərində işləyirik və bu tamamlananda biz Avropanın enerji sisteminə giriş qazanacağıq. Nəticə etibarilə bizim müxtəlif enerji mənbələrinə çıxışımız olacaq və imkanları dəyərləndirə biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR