Mustafa Şentop Azərbaycan səfirini qəbul edib

Rəşad Məmmədov, Mustafa Şentop

© APA | Rəşad Məmmədov, Mustafa Şentop

# 03 noyabr 2021 18:32 (UTC +04:00)

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovu qəbul edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə TBMM-in mətbuat xidməti məlumat yayıb.

Görüşdə iki dövlət arasında aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfir Rəşad Məmmədov 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mübarizəsinə verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR