Nazir: “Azərbaycan UNESCO və BMT QAK-ın missiyalarını qəbul etməyə hazırdır, hər iki təşkilatdan cavab gözləyirik”

Nazir: “Azərbaycan UNESCO və BMT QAK-ın missiyalarını qəbul etməyə hazırdır, hər iki təşkilatdan cavab gözləyirik”
# 22 iyun 2021 15:31 (UTC +04:00)

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzaini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov Qulam İshaqzainin Azərbaycandakı uğurlu fəaliyyətini, BMT və Azərbaycan arasındakı əməkdaşlığın inkişafına verdiyi töhfəni məmnunluqla qeyd edib.

Qulam İshaqzai Azərbaycanda fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkür edib, əməkdaşlığın uğurla həyata keçirildiyini vurğulayıb. Xüsusilə də Azərbaycanla yeni Əməkdaşlıq Fəaliyyət Planının imzalandığını rezident əlaqələndirici məmnunluqla qeyd edib.

Tərəflər Azərbaycan və BMT və təşkilatın qurumları arasında həyata keçirilən əməkdaşlıq imkanları və perspektivlərini müzakirə ediblər.

Nazir işğaldan azad olunmuş ərazilərdəki vəziyyətə toxunaraq, ölkəmizin həm UNESCO, həm də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) missiyasının bu ərazilərdə qəbul etməyə hazır olduğunu bildirib. Hazırda səfərlə əlaqədar işlərin yekunlaşdırılması üçün hər iki təşkilatdan cavab gözlədiyimiz qarşı tərəfin diqqətinə çatdırılıb.

Nazir Ceyhun Bayramov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzaiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR