Pakistanın Rusiyadakı səfiri: “Qarabağla bağlı mövqeyimiz beynəlxalq hüquqa və əxlaq normalarına söykənir”

Pakistanın Rusiyada səfiri Şövkət Əli Xan

© APA | Pakistanın Rusiyada səfiri Şövkət Əli Xan

# 28 sentyabr 2021 09:44 (UTC +04:00)

“Qarabağ böhranının əvvəlindən beynəlxalq hüquq Azərbaycanın tərəfində idi. Çünki Azərbaycan əraziləri işğal altında idi”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Azərbaycanın Rusiyadakı səfirliyində 27 sentyabr - Anım Gününə həsr olunan tədbirdə iştirak edən Pakistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Şövkət Əli Xan bildirib.

Səfir Azərbaycan xalqını, dövlətini böyük qələbəyə aparan tarixin ildönümü münasibəti ilə təbrik edib: “Bu böhranın əvvəlindən beynəlxalq hüquq Azərbaycanın tərəfində olub. Azərbaycan əraziləri işğal altında idi və bu ərazilərə qanunsuz nəzarət edilirdi. Pakistan hər zaman azərbaycanlı qardaşlarının prinsipial mübarizəsində onların yanında olub. Bizim bu mövqeyimiz beynəlxalq hüquq və əxlaq normalarına söykənirdi. Biz hər zaman azərbaycanlı bacı-qardaşlarımız dəstəkləyəcəyik. Buna çox şadıq. İnanırıq ki, Azərbaycan ərazilərinin işğaldan azad olunması və həmin ərazilərdə yeni inkişaf Qafqaz regionunda sülhə, sabitliyə və təhlükəsizliyin yeni dalğasına səbəb olacaq. Bir daha qeyd edim ki, Pakistan xalqı azərbaycanlı bacı-qardaşlarının böyük qələbəsinə çox sevinir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR