Səfir: "Şuşadakı valehedici görüntü çox möhtəşəmdir"

Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun Şuşada

© APA | Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun Şuşada

# 10 iyul 2021 10:52 (UTC +04:00)

“Şuşadayıq, bu valehedici görüntü çox möhtəşəmdir. Bu iki günlük səfərdə biz Şuşanın gözəlliklərini gördük, həmçinin çox qısa zamanda başladılan rekonstruksiya işləri ilə tanış olduq. Bir çox işlərə nail olunub”.

Bunu Şuşada APA-ya açıqlamasında Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun deyib.

Səfir bildirib ki, Şuşa sivilizasiya mərkəzidir, bu şəhərin tarixi qədimdir: “Biz səfərimiz çərçivəsində rekonstruksiya işləri ilə tanış olduq, məscidlərdə və kilsədə olduq, hansı ki, onlar müharibədə dağıdılıb və ya zərər görüb. Lakin bu ölkənin rəhbərliyi rekonstruksiya və bərpa işlərinə çox böyük diqqət ayırıb. Mən Şuşaya, şuşalılara sülh arzulayıram. Sülh hər şeydir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR