Türkiyə parlamentində Zəfər Gününə həsr olunmuş foto-sərgi keçirilib

Türkiyə parlamentində Zəfər Gününə həsr olunmuş foto-sərgi

© APA | Türkiyə parlamentində Zəfər Gününə həsr olunmuş foto-sərgi

# 04 noyabr 2021 12:32 (UTC +04:00)

Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) “Azərbaycanın Vətən Müharibəsində Zəfər Bayramı” adlı foto-sərgi keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, TBMM sədri Mustafa Şentop bildirib ki, Türkiyə parlamentində Azərbaycanla bağlı çox sərgi keçirilib.

Onun sözlərinə görə, nümayiş etdirilən fotolar Azərbaycanın 30 illik işğala son qoymasının sübutudur.

“Bugünkü sərgi fərqlidir. Bu sərgi insanların qələbə əzmini əks etdirir. Bu uca məclisdən qələbənin simvolu Şuşaya salam olsun!”, - M. Şentop vurğulayıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tədbirə görə təşəkkürünü ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR