Türkiyə Prezidenti: “Azad edilmiş ərazilər yaxın zamanda nümunəvi istehsal mərkəzinə çevriləcək”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev

# 27 oktyabr 2021 13:06 (UTC +04:00)

Türkiyə Qarabağda dağıntıların nəticələrinin aradan qaldırılmasına böyük əhəmiyyət verir.

APA-nın yerli bürosunun “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, işğaldan azad edilmiş ərazilərdə ağıllı kənd təsərrüfatı layihələrinin icra olunacağını diqqətə çatdırıb.

Ərdoğan dağıntıların nəticələrinin aradan qaldırılması üçün modern tikinti üsullarına əhəmiyyət verildiyini vurğulayıb.

Türkiyə dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə ötən gün Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyduqlarını xatırladıb: “30 ilə yaxın davam edən işğaldan sonra azad edilən bölgələrdə kənd təsərrüfatı istehsalı müasir üsulla həyata keçiriləcək. Ürəkdən inanıram ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri yaxın zamanda bölgədə nümunəvi istehsal mərkəzinə çevriləcək”.

Ərdoğan qeyd edib ki, ağıllı kənd təsərrüfatı layihəsi ilə bağlı araşdırmalar aparılıb və bu istiqamətdə intensiv işlər görülür: “Biz şəxsən gördük ki, heyvandarlıqla bağlı necə uğurlu iş gedir. Bununla yanaşı, minalardan təmizləmə işləri də davam edir. Minalardan təmizlənmiş ərazilərdə kənd təsərrüfatı və heyvandarlıq sahəsində həm Azərbaycan, həm də Türkiyə üçün mənfəət gətiriləcək işlər həyata keçirilir. İndiki məqamda əkinçilik və heyvandarlıqda çox ciddi sıçrayış olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR