Türkiyə Prezidenti: “Azərbaycanın sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimizdir”

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 16 iyun 2021 15:53 (UTC +04:00)

“Bütün dünya bilsin ki, Azərbaycanın yanındayıq, bundan sonra da yanında yer alacağıq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, Əhməd Cavad azərbaycanlı gənclərlə Osmanlı ordusunda savaşıbsa, necə ki, Çanaqqalada azərbaycanlı qardaşlarımız da şəhadətə yüksəlibsə, Nuru Paşanın aslanları Azərbaycanın yardımına gəlibsə, biz də bu gün və gələcəkdə bir və bərabər olacağıq: “Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimizdir. Dəyərli qardaşlarımız Nuru Paşanın Qafqaza gəldiyi dönəmdə ermənilər 12 mindən çox türkü qətl ediblər. Qafqazda tarixin qara səhifələrinə yazılacaq qiyam baş verib. Türk millətinə dil uzadanlar öncə Azərbaycana baxmalıdır. Həm də 100 il əvvələ deyil, 30 il bundan əvvəl Xocalıda, Qarabağda baş verənlərə baxmalıdır. Amma bunların gözləri var, görməz, qulaqları var, eşitməz. Qəlbləri onsuz da pas tutub. İndi gəlsinlər, Füzulini görsünlər. Buraların sağı-solu necə yandırılıb, dağıdılıb, görsünlər. Dünən yol boyu buraların vəziyyətini gördük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR