Türkiyə Prezidenti: “Cənubi Qafqazda müsbət addımlar atılır”

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 01 noyabr 2021 15:40 (UTC +04:00)

G20 sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşümüzdə Əfqanıstanda və Cənubi Qafqazda vəziyyəti müzakirə etdik.

APA-nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romadan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

O, oktyabrın 26-da Azərbaycana səfər etdiyini Fransa Prezidentinin diqqətinə çatdırdığını qeyd edib.

“Hazırda Cənubi Qafqazda müsbət addımlar atılır. Azərbaycan Prezidenti cənab İlham Əliyev qardaşımız bu müsbət addımları qətiyyətli şəkildə davam etdirmək istəyir”, - Türkiyə dövlət başçısı vurğulayıb.

Türkiyə Prezidenti qeyd edib ki, fransalı həmkarı ilə görüşdə "altılıq platforması"nın yaradılması təşəbbüsünü də müzakirə ediblər. Onun sözlərinə görə, Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan razı olacağı təqdirdə regionda sülh platforması yaradıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR