Türkiyə XİN: “Ermənistan xoşniyyətli ortaq olmayınca, məkrli addımlarından daha çox özü zərər çəkəcək"

Türkiyə XİN

© APA | Türkiyə XİN

# 29 may 2021 10:41 (UTC +04:00)

“Ermənistanın qanunsuzluğu və təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsindəki məğlubiyyətdən özünü qurbanlıq və məzlum göstərmə cəhdləri müşahidə edilir”.

Bu barədə APA-nın yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrdən mayın 27-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu ərazisində törətdiyi təxribata dair mövqedə bildirilib.

Qeyd olunub ki, mayın 27-i gecə erməni terrorçularının Azərbaycan dövlət sərhədində təxribat cəhdləri, eləcə də iki həftəyə yaxındır Azərbaycanın Zəngəzur bölgəsində, Qaragöl ərazisində yaratdığı gərginlik də həmin məkrli niyyətin davamıdır: “Azərbaycanın şanlı zəfərini hələ də həzm edə bilməyən təcavüzkar Ermənistan bu təxribatları ilə bölgədə yaradılan sülh və rifaha ciddi şəkildə mane olur. Son hadisənin Ermənistan tərəfdən olan iştirakçılarının Azərbaycan qüvvələri tərəfindən saxlanılması bəzi mənbələrdə “müharibə əsiri” adlandırılıb ki, bu, düzgün yanaşma deyil, Bu təxribatın iştirakçılarına “müharibə əsiri” demək doğru deyil. Çünki Azərbaycanın qanlı mübarizə ilə işğaldan azad etdiyi ərazilərinin təhlükəsizliyini qorumaq haqqıdır və bu, qanunidir” –deyə məlumatda bildirilib.

Məlumatda o da vurğulanıb ki, Ermənistan bölgədə yaşayan bütün xalqların, xüsusən də öz xalqının uzun müddətdir gözlədiyi sülh, firavanlıq və sabitlik mühiti üçün xoş niyyətli bir ortaq olmayınca, məkrli addımlarından daha çox özü zərərə məruz qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR