Türkiyənin sabiq Baş naziri: “Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi”

Binəli Yıldırım

© APA | Binəli Yıldırım

# 04 noyabr 2021 13:59 (UTC +04:00)

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Sovet İttifaqı dağıldıqdan sonra meydana çıxdı və demək olar 30 il davam etdi. Bu illər ərzində Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal altında saxladı, bir milyona yaxın azərbaycanlını öz evlərindən didərgin saldı. Minlərlə insan həyatını itirdi. Birinci Qarabağ müharibəsində 4000 azərbaycanlı itkin düşdü. Onların taleyi hələ də bəlli deyil”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım VIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxşında deyib.

O bildirib ki, Azərbaycan 44 günlük müharibədə BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrini özü icra edib.

“Azərbaycan bu illər ərzində səbirlə gözlədi, lakin sonra başa düşdü ki, heç bir nəticə yoxdur və həll olunmamış məsələnin taleyini öz üzərinə götürməli oldu. 44 günlük müharibə zəfərlə sona çatdı və münaqişəyə son qoyuldu. Bir neçə gündən sonra qələbənin birinci ildönümü qeyd olunacaq. Allah şəhidlərə rəhmət eləsin! Nəhayət ədalətsizlik aradan qaldırıldı. İndi biz gələcəyə baxmalıyıq”, - deyə Türkiyənin sabiq baş naziri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR