XİN-in rəhbər heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

XİN-in rəhbər heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
# 09 iyul 2021 18:27 (UTC +04:00)

9 iyul - Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

XİN-in Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, Nazirliyin rəhbərliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi yad edib və məzarı önünə əklil qoyublar.

Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarına tər çiçəklər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR