İran səfirliyi: Günahsız insanlara hücum etmək hərbi cinayətidir

İran səfirliyi: Günahsız insanlara hücum etmək hərbi cinayətidir
# 28 oktyabr 2020 17:23 (UTC +04:00)

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Ermənistanın Azərbaycanın Bərdə şəhərinə edilən raket hücumunu, nəticədə onlarca mülki vətəndaşın həlak olması və yaralanmasını sərt şəkildə pisləyib.

Bu barədə APA-ya İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mətbuat şöbəsindən bildirilib.

İran səfirliyi həlak olanların ailələrinin dərdinə şərik çıxır və yaralılara şəfa diləyir: "Beynəlxalq hüquq normalarına əsasən, şəhərlərə və günahsız insanlara hücum etmək hərbi cinayətidir və dərhal dayandırılmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR