MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasının iclası keçirilib

#
# 17:44
21 aprel 2021

Bu gün MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasa bu komissiyanın sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin üzvü Nizami Səfərov sədrlik edib.

Videokonfransda “Pandemiya dövründə əmək miqrasiyasının qanunvericilik təminatı tədbirləri haqqında” Birgə bəyanatın layihəsi təqdim edilib. Bildirilib ki, bu sənəd MDB PA-nın, Beynəlxalq Miqrasiya Təşkilatının Vyanadakı Regional ofisinin və Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional bürosunun birgə layihəsidir.

Komissiyanın iclasında “Orqan donorluğu haqqında”,  “MDB-yə üzv dövlətlərdə HİV infeksiyasının qarşısının alınması və müalicəsi üçün xidmətlərə bərabər çıxışın təmin edilməsi haqqında” model qanun layihələrinə dair məruzələr dinlənilib və müzakirələr aparılıb. “Müəssisələr (təşkilatlar) müflis olduğu halda işçilərin tələblərinin qanunvericiliklə müdafiəsinin təmin olunması haqqında” tövsiyə layihəsinə münasibət bildirilib, təkliflər irəli sürülüb. “Sağlam həyat tərzi sahəsində sosial reklam haqqında” və “Rəqəmsal səhiyyə haqqında”  model qanunların konsepsiya layihəsindən bəhs olunub.

ÜST-ün Avropa Regional bürosu ilə MDB PA-nın birgə təşkil etdikləri “Səhiyyə xidmətlərinin universal əhatə dairəsi və dayanıqlı inkişaf məqsədləri” mövzusunda beynəlxalq konfransa hazırlığın gedişi müzakirə olunub.

Tədbirdə komissiyanın üzvü, Milli Məclisin deputatı Anatoliy Rafailov da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR