TÜRKPA Müşahidəçi Missiyası Qırğızıstanda parlament seçkilərini müşahidə edəcək

TÜRKPA Müşahidəçi Missiyası Qırğızıstanda parlament seçkilərini müşahidə edəcək
# 30 sentyabr 2020 14:50 (UTC +04:00)

Üzv ölkələrin parlamentarləri, eləcə də TÜRKPA katibliyinin diplomatik heyətindən ibarət TÜRKPA Beynəlxalq Müşahidəçi Missiyası oktyabrın 4-də Qırğızıstan Respublikasında keçiriləcək parlament seçkilərinin qısamüddətli monitorinqini aparacaqdır.

TÜRKPA-dan APA-ya verilən məlumata görə, müşahidə proqramına Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının yüksək vəzifəli şəxsləri ilə görüşlər daxildir. Səsvermə günü Missiya Bişkekdə bir sıra seçki məntəqələrində seçki müşahidəsi aparacaq.

Oktyabrın 5-də Missiyanın seçkilərin nəticələrinə dair mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR