XİN başçısı: “Ermənistan antisemitizmin hökm sürdüyü ölkələr arasında ilk yerlərdədir”

#
# 14:03
30 aprel 2021

“Ermənistan antisemitizmin hökm sürdüyü ölkələr arasında ilk yerlərdədir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Litvanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.

Nazir Ermənistanda Holokost abidəsinə qarşı vandalizm aktının törədildiyini xatırladıb.

“Bir neçə gün öncə İrəvanda Mahatma Qandinin heykəlinə qarşı də vandalizm aktı törədilib, heykəl yandırılıb. Erməni xalqı onların beyninə saxta fikirlər yeridən ideoloqlarından yaxalarını qurtarsalar, bu, hər kəs üçün, elə onların özləri üçün də yaxşı olar. Biz hesab edirik ki, gələcəyə baxmaq lazımdır. Erməni xalqı bunu nə qədər tez anlasa, bu, regional inkişaf, sülh və stabillik üçün yaxşı olar”, - deyə XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR